Press "Enter" to skip to content

Dünya Hökumətləri Sammiti keçirilir

Sammitdən foto

BAYRAQDAR MEDİA – Fevralın 3-dən 5-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətləri Sammitində iştirak edir.

Dövlət Agentliyindən verilən məlumata görə, Sammit çərçivəsində Dövlət Agentliyinin sədri “İslahatdan Qlobal Dialoqa: Məhdud imkanlar çərçivəsində ictimai etimadın və real nəticələrin təmin edilməsi” mövzusunda təşkil olunan dəyirmi masada çıxış edib. O, “ASAN xidmət” təcrübəsi, eləcə də Dövlət Agentliyinin beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. “ASAN xidmət”in Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən uğurlu və nümunəvi islahat olduğu xüsusi vurğulanıb.

Məlumatda deyilir ki, sessiyada 20 ölkənin müvafiq sahə üzrə nazirləri, rəhbərləri iştirak ediblər.
Həmçinin Kolumbiya, Tacikistan, Qazaxıstan və Qambiyanın müvafiq sahə üzrə nazirləri ilə görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

“ASAN xidmət”in nümayəndə heyətinin Dünya Hökumətləri Sammitində iştirakı davam edir.

Mission News Theme by Compete Themes.