BAYRAQDAR MEDİA – Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmaysterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə Azərbaycanda qaz təchizatı sahəsində islahatlar, eləcə də tarif mexanizmləri ətrafında məsləhətləşmələr aparılıb. Həmçinin Azərbaycanda metan emissiyalarının azaldılması səylərinin davam etdirilməsi, o cümlədən qaz infrastrukturunun modernləşdirilməsini dəstəkləmək üçün Dünya Bankı, eləcə də digər maliyyə qurumlarından əlavə potensial investisiya ayrılmasının perspektivləri nəzərdən keçirilib”.





