Press "Enter" to skip to content

Hədəf Steam liseyinin şagirdləri MEK-də

Hədəf Steam liseyinin şagirdləri MEK-də

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) ənənəvi “Açıq qapı” günləri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “bu günlərdə kitabxananı ziyarət edənlərin sırasında Hədəf Steam liseyinin şagirdləri də olub. Ekskursiyanın məqsədi sözügedən liseydə keçirilən “Ayın kitabı” layihəsi çərçivəsində I yarımil üzrə aktiv balabilgələrin elm, informasiya resursları və kitabxana ənənələri barədə məlumatlandırılması, onların araşdırma bacarıqlarının inkişafına dəstək göstərmək və kitabxananın fəaliyyətini daha yaxından tanıtmaq olub. Öncə ziyarətçilərə kitabxananın fəaliyyəti, zəngin kitab fondu, nadir nəşrlər toplusu, elektron resurslar, rəqəmsallaşdırma prosesi və müasir kitabxana-informasiya xidmətləri barədə geniş məlumat verilib”.

Ardınca xəbərdə, “qonaqlar kitabxana ilə tanışlığa Sərgi salonundan başlayıb. Şagirdlər Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həsr olunmuş guşələr və digər sərgilərlə tanış olublar, həmçinin salonda nümayiş etdirilən AMEA əməkdaşlarının müəllifi olduğu təsviri sənət nümunələrinə baxıblar. MEK könüllülərinin “Şəhərsalma və Memarlıq İli”nə töhfə olaraq hazırladığı MEK-in binasının maketi balabilgələr tərəfindən maraqla qarşılanıb. Daha sonra şagirdlər AMEA-nın 15 təsisçisinin büstlərini ziyarət edib, onların Azərbaycan elminə verdiyi töhfələr haqqında məlumat alıblar. 44 günlük Vətən müharibəsindən sonra MEK-də fəaliyyətə başlayan Qarabağ müharibəsi qəhrəmanları fondu, Nadir kitablar fondu, o cümlədən Akademiklər elektron zalı, Diplomatik fondu ilə tanış olublar” deyə bildirilir.

Sonda ekskursiya iştirakçıları MEK-də elmi araşdırmalar üçün yaradılan geniş imkanlarla tanış olaraq kitabxana rəhbərliyinə və əməkdaşlarına göstərilən qonaqpərvərlik üçün təşəkkür ediblər.

Mission News Theme by Compete Themes.