Press "Enter" to skip to content

Mədəniyyət Nazirliyində Ekspert Şurasının növbəti iclası

Mədəniyyət Nazirliyində Ekspert Şurasının növbəti iclası

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.

Bu haqda xəbər BAYRADQAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “iclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Şura tərəfindən həyata keçirilən işlərin nəticələri barədə məlumat verib. O bildirib ki, ötən dövr ərzində Şuranın fəaliyyəti bir sıra nəticələr ilə yadda qalıb. Keçirilən iclaslarda 500 abidə və yeni aşkar edilmiş nümunə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. 2025-ci ildə Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatında düzəliş olunub, həmin ərazidə yerləşən 7 və işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Həmçinin Nazirlər Kabinetinin 9 yanvar 2026-cı il tarixli 6 nömrəli Qərarı ilə 87 abidənin məlumatlarında düzəliş edilib”.

Daha sonra xəbərdə, “Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Prof. Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib. O bildirib ki, iclasda 41 tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi barədə məsələ Şura üzvlərinin müzakirəsinə təqdim olunub” deyə qeyd edilir.

İclasda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi təklif olunan Astara, Xaçmaz, Xızı, Qobustan, Quba, Qusar, Lənkəran, Neftçala, Siyəzən, Şabran, Ucar və Tərtər rayonları, eləcə də Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 41 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi müzakirə edilib. Sözügedən məsələ ilə bağlı Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

Mission News Theme by Compete Themes.