BAYRAQDAR MEDİA – Millət vəkili Elçin Mirzəbəyli öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti səyyar vətəndaş qəbulunu Ağsu rayonun Qaraməmmədli kənd məktəbinin binasında gerçəkləşib.
Vətəndaş qəbuluna Qaraməmmədli və Navahi kəndlərinin sakinləri qatılıb. Öncə hər iki kəndin sakinlərini narahat edən məsələlər birlikdə müzakirə edilib. Daha sonra millət vəkili fərdi qaydada görüş üçün müraciət edən vətəndaşlarla bir araya gəlib.
E.Mirzəbəyli vətəndaş qəbuluna verdikləri təşkilati dəstəyə görə Ağsu rayon İcra Hakimiyyətinə və Qaraməmmədli kənd məktəbinin kollektivinə minnətdarlığını bildirib.





