BAYRAQDAR MEDİA – Fevralın 6-da gənclər və idman naziri Fərid Qayıbov Naxçıvan şəhərində Naxçıvan üzrə şəhər və rayon sakinlərini qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qəbuldan öncə F.Qayıbov Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib”.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.





