BAYRAQDAR MEDİA – Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun açıqladığı 2026-cı il təqviminə əsasən, Türkiyə Mədəniyyət Yolu Festivalı Eskişehirdə sənətsevərlərlə görüşəcək.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, Atatürk Mədəniyyət Mərkəzində keçirilən iclasda mədəniyyət və incəsənətin cəmiyyətin bütün təbəqələrinə çatdırılması istiqamətində görülən işlər və yaxın dövrdə həyata keçiriləcək tədbirlər barədə də məlumat verilib: “Nazir Ersoyun paylaşdığı təqvimə görə, Türkiyə Mədəniyyət Yolu Festivalı 2026-cı ildə 16–24 may tarixləri arasında Eskişehirdə təşkil olunacaq. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən və hər il milyonlarla sənətsevəri konsertlər, sərgilər, teatr tamaşaları, söhbətlər və emalatxanalarla bir araya gətirən festival, Eskişehirdə də zəngin və çoxşaxəli proqramla reallaşaq”.









