BAYRAQDAR MEDİA – “Bir fincan qəhvənin qırx il xatiri var” deyimi ilə mədəniyyətimizdə sadəcə içki olmaqdan çıxan türk qəhvəsi bu gün filtr qəhvə, espresso və üçüncü nəsil qəhvələrlə birlikdə Türkiyə üzrə böyük maraq görməyə davam edir.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, Türkiyədə qəhvə istehlak vərdişləri ilə bağlı aparılan genişmiqyaslı araşdırmanın nəticələri açıqlanıb: “Tələbə əhalisinin sayı, kafe sıxlığı, zəncir qəhvə markaları və gündəlik istehlak göstəriciləri nəzərə alınaraq hazırlanan siyahıda ən çox qəhvə içilən şəhərlər sıralanıb. Türkiyədə qəhvə istehlakında önə çıxan 10 şəhər:İstanbul, Ankara, İzmir, Eskişehir, Bursa, Antalya, Kocaeli, Muğla, Adana və Konya”.





