BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrı (ADAMT) ilə Özbəkistanın Berdax adına Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADAMT-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Memorandumun imzalanmasında məqsəd Azərbaycan və Özbək xalqları arasında mövcud olan tarixi, mədəni və etnik yaxınlıq əsasında teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, yaradıcı əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsidir. Sənədə əsasən tərəflər rejissor, aktyor, rəssam və dramaturqların qarşılıqlı təcrübə mübadiləsi, birgə tamaşaların hazırlanması, qastrol səfərlərinin təşkili, beynəlxalq festivallarda iştirak, ustad dərsləri və yaradıcı görüşlərin keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda, hər iki ölkənin ən yaxşı yerli və dünya dramaturgiyası nümunələrinin qarşılıqlı olaraq səhnələşdirilməsi nəzərdə tutulur”.
Memorandum Musiqili Teatrının direktoru Aqil Bəhramlı və Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrının direktoru Paraxat Mamudov tərəfindən imzalanıb.
İmzalanma mərasimində Xalq artisti Afaq Bəşirqızı və teatrın quruluşçu rejissoru Əsgər Əsgərov da iştirak ediblər. Tanınmış sənət adamlarının mərasimdə iştirakı sənədin teatr ictimaiyyəti üçün əhəmiyyətini bir daha vurğulayıb.






İlk şərhi yaza bilərsiniz