Press "Enter" to skip to content

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda

BAYRAQDAR MEDİA – Özbəkistanda qida təhlükəsizliyi sahəsində yaradılacaq yeni dövlət qurumunda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təcrübəsi geniş istifadə olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu məqsədlə fevralın 9-da AQTA nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri başlayıb. Səfərin ilk günü görüşdə Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sistemi, qida təhlükəsizliyinə risk əsaslı yanaşma metodları, hüquqi bazasının yaradılması, böhran vəziyyətlərində idarəetmə mexanizmlərinin formalaşdırılması və sürətli xəbərdarlıq sistemlərinin əhəmiyyəti, yoxlama-nəzarət tədbirləri, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub”.

Qeyd edilib ki, Azərbaycanda tətbiq olunan dövlət idarəetmə modelləri yüksək qiymətləndirilir. O cümlədən qida təhlükəsizliyi sahəsində Azərbaycanın əldə etdiyi təcrübəyə böyük maraq göstərilir.

Azərbaycan nümayəndə heyətinin Özbəkistanda digər görüşlərinin və təqdimatlarının keçirilməsi planlaşdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.