BAYRAQDAR MEDİA – 2025-ci ildə “Dünyanın ən çox ziyarət edilən ilk 10 şəhəri” siyahısına daxil edilən və “Dünyanın ən yaxşı 10 turizm istiqaməti” arasında göstərilən Antalya 2026-cı ilə də rekord göstərici ilə başlayıb. İlin ilk ayında 234 min 37 turisti qəbul edən Antalya bütün dövrlərin ən yüksək yanvar ayı turist sayına nail olub.
Bu barədə Antalyanın Mədəniyyət və Turizm İl Müdirliyinin məlumat verilib.
Məlumata görə, 2025-ci ildə Antalyaya 17 milyon 122 min 548 nəfər birbaşa Antalya və Qazipaşa hava limanlarına xarici uçuşlarla, 448 min 607 nəfər isə digər hava limanlarından transfer yolu ilə olmaqla ümumilikdə 17 milyon 571 min 155 turist gəlib: “Bu göstərici ilə 2025-ci ildə bütün dövrlərin rekordu qırılıb. Əvvəlki ilə nisbətən birbaşa uçuşlarla gələn turistlərin sayı 1,7 faiz, transferlə gələnlərin sayı isə 27 faiz artıb. Antalya və Qazipaşa hava limanlarının məlumatlarına əsasən, 2026-cı ilin yanvar ayında Antalyanın turizm tarixində yeni rekord qeydə alınıb”.
Qeyd edilib ki, yanvar ayında şəhərə hava yolu ilə, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artımla 234 min 37 turist gəlib: “Bu rəqəm indiyədək qeydə alınmış ən yüksək yanvar ayı göstəricisi olub. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvarında 231 min, 2024-cü ildə 229 min, 2023-cü ildə 220 min, 2022-ci ildə isə 138 min turist Antalyanı ziyarət edib. Milliyyətlər üzrə bölgüyə baxıldıqda, yanvar ayında Antalyaya gələnlərin 166 mininin xarici turistlərdən, 67 mininin isə xaricdə yaşayan Türkiyə vətəndaşlarından ibarət olduğu görülür. Xaricdə yaşayan vətəndaşlar milliyyətlər üzrə bölgüdə bütün ölkələri geridə qoyub”.






İlk şərhi yaza bilərsiniz