Press "Enter" to skip to content

MHP 57-ci quruluş ildönümünü qeyd edəcək 

MHP-nin mərkəzi qərargahı

BAYRAQDAR MEDİA – Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Semih Yalçın partiyanın 57-ci quruluş ildönümü münasibətilə 9 fevral tarixində “Şanla, şərəflə 57-ci il” mövzusunda toplantı keçiriləcəyini açıqlayıb.

Bu barədə erzurumajans.com saytı məlumat yayıb.

Məlumata görə, S.Yalçın yazılı bəyanatında bildirib ki, MHP 57 il əvvəl, 8–9 fevral tarixlərində Adanada qurularaq siyasi həyata qədəm qoyub və həmin dövrdən bu günədək müdafiə etdiyi əsas siyasi prinsiplərini dəyişmədən yoluna şanla və şərəflə davam edir.

MHP-nin milliyyətçi–ülkücü hərəkatın ötən illər ərzində heç vaxt itirmədiyi dinamizmini bu gün də bütün canlılığı ilə qoruyub saxladığını qeyd edən S.Yalçın vurğulayıb: “MHP ilk gündən etibarən Türk siyasətinin, Türk cəmiyyətinin və Türk düşüncə dünyasının önünə yol açan fikirlər, həll yönümlü təkliflər və layihələr təqdim edir”.

Semih Yalçın bildirib ki, MHP-nin 57-ci quruluş ildönümü münasibətilə 9 fevral bazar ertəsi günü saat 13:00-da ATO Congresium-da “Şanla, şərəflə 57-ci il” mövzusunda toplantı keçiriləcək. O, MHP sədri Devlet Bahçeli’nin də tədbirdə iştirak edərək gündəmlə və partiyanın 57 illik siyasi mübarizəsi ilə bağlı çıxış edəcəyini qeyd edib.

Mission News Theme by Compete Themes.