BAYRAQDAR MEDİA – Xocalı rayonunun Təzəbinə kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən qurulan kənddə elektrik, qaz, su və rabitə xətləri bərpa olunub, sakinlərin rahat yaşayışı üçün müasir infrastruktur yaradılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə Təzəbinə sakinlərinin iştirak etdiyi videoçarx hazırlanıb. Doğma yurda qayıdan sakinlər dövlət tərəfindən göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqların azadlığı uğrunda canından keçmiş şəhidləri ehtiramla yad edib, Azərbaycan Ordusuna təşəkkür ediblər”.






İlk şərhi yaza bilərsiniz