Press "Enter" to skip to content

Dövlət Vergi Xidməti vergi ödəyicilərini çağırış

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində məlumatlandırma tədbirləri davam etdirilir

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri barədə məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya DVX-dən bildirilib.

Qeyd edilib ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda öhdəlik daşıyan şəxslər hesab olunur və fəaliyyətlərini müvafiq tələblərə uyğun şəkildə təşkil etməlidirlər: “Qanunvericiliyə əsasən, öhdəlik daşıyan şəxslər tərəfindən daxili nəzarətsisteminin qurulması, müştərilərin eyniləşdirilməsi və verifikasiyası, institusional risklərin qiymətləndirilməsi, mürəkkəb və qeyri-adi əməliyyatların təhlili, şübhəli əməliyyatlar barədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi və digər tədbirlər təmin olunmalıdır.Bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Qanunvericiliyin pozulması hallarında İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsinə uyğun olaraq vəzifəli şəxslər800 manatdan 1.500 manatadək, hüquqi şəxslər isə 8.000 manatdan 15.000 manatadək məbləğdə cərimə edilir”.

Məlumatda həmçinin deyilir: “Vergi ödəyicilərinin düzgün məlumatlandırılması və risklərin azaldılması məqsədilə müvafiq izahlı və metodiki materiallar, eləcə də aktual normativ hüquqi aktlar Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində mütəmadi olaraq yerləşdirilir. Vergi ödəyicilərinə təqdim olunan materiallarla tanış olmaq, fəaliyyətlərini mövcud tələblərə uyğun qurmaq və maliyyə sisteminin şəffaflığının təmin olunmasında fəal iştirak etmək tövsiyə olunur. Dövlət Vergi Xidməti vergi ödəyicilərini pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət etməyə və rəsmi mənbələrdə yayımlanan məlumatlardan müntəzəm faydalanmağa çağırır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.