BAYRAQDAR MEDİA – Fevralın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində (SİTGDMNDA) ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “mətbuat konfransında Agentliyin rəisi Vüsal Ağayev media nümayəndələrinə bildirib ki, SİTGDMNDA 2025-ci il ərzində ölkə ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin səlahiyyətləri daxilində həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Qeyd olunub ki, il ərzində Agentlik tərəfindən 3 min 561 təhlükə potensiallı obyektdə (müəssisədə) 37 min 569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6 min 603 akt tərtib edilib. Aktlarda 14 min 992 qayda pozuntusu qeydə alınıb və onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib. Həmçinin təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2 min 696 hüquqi və fiziki şəxsə 14 min 325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib. Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə isə 5 min 097 nəfər işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib”.
Sonra xəbərdə, “edilən müraciətlərə uyğun olaraq hüquqi və fiziki şəxslərə təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə Agentlik tərəfindən 1 min 087 ədəd çıxarış, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında isə 3 min 405 ədəd şəhadətnamə verilib. Qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5 min 494 ədəd təşkil edib. Bildirilib ki, hesabat dövründə Agentlik tərəfindən qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi sisteminə (portala) daxil olmuş müraciətlər əsasında 26 min 192 obyektdə müayinə aparılıb. Bunlardan 25 min 682 obyektin istismarına icazə ilə bağlı müsbət, 510 obyektin istismarına isə mənfi rəy bildirilib. Bundan başqa, 1 min 523 ədəd texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 2 min 016 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib, 248 ədəd nəqliyyat vasitəsi təkrar qeydiyyata alınıb, 292 ədəd nəqliyyat vasitəsi isə qeydiyyatdan çıxarılıb. Eləcə də, 6 min 637 nəfər işçi texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının və normalarının öyrənilməsi üzrə Agentlik tərəfindən təşkil edilmiş tədris kurslarında iştirak edib və onlara müvafiq şəhadətnamələr təqdim olunub. 195 ədəd qaldırıcı və qazma qurğularının təhlükəsiz üsulla sınaqları aparılıb. 2 min 228 ədəd qurğu və avadanlığın, 43 ədəd qaynaq birləşmələrinin və 1 min 326 metr manifold borusunun defektoskopiyası keçirilib, 143 ədəd qurğu və avadanlıq sınaq olunub, 295 ədəd avadanlığın isə daxili baxışı keçirilib” deyə qeyd edilir.
Xəbərdə eləcə də bildirilir ki, “təhlükəli yükləri daşıyan avtonəqliyyat vasitələri üzrə 2 min 269 texniki müayinə, 1 min 202 yuma deqazasiya işləri aparılıb, 1 min 643 ədəd texnoloji və digər mexaniki nəqliyyat vasitələrində isə texniki baxış həyata keçirilib. Hesabat dövründə “ASAN XİDMƏT” Mərkəzinə hüquqi və fiziki şəxslər tərəfindən təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün daxil olmuş müraciətlər əsasında 2 min 257 sənəd təhvil verilib, 1 min 300 sahibkarlıq subyektinə isə Nazirlər Kabinetinin 21 may 2025-ci il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması Qaydası”nın tələbləri izah edilib”.
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi respublika ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin səlahiyyətləri daxilində təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Sonra Media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.






İlk şərhi yaza bilərsiniz