BAYRAQDAR MEDİA – Gəncliyə Yardım Fondunun (GYF) rəhbərliyi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Bakı nümayəndəliyini ziyarət edib. Ziyarət çərçivəsində KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Arca Turganerlə görüş keçirilib.
Bu barədə GYF-nin məlumatında qeyd edilib.

Məlumata görə, Salih Zeki Meriç hazırda rəhbərlik etdiyi Fondun qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında geniş məlumat verib.
Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən xanım Ufuk Arca Turganer də öz növbəsində Salih Zeki Meriç və nümayəndə heyətinə ziyarətindən ötrü dərin təşəkkürünü bildirib.
Qeyd edilib kii, görüşdə nümayəndəliyin müşaviri Ulaş Kıvılcım və təhsil atteşesi Leyla Güneş də iştirak edib.






İlk şərhi yaza bilərsiniz