BAYRAQDAR MEDİA – AK Partinin Xarici Əlaqələr Sədrliyinin koordinasiyası ilə təşkil olunan toplantıda İğdırda yaşayan azərbaycanlı vətəndaşların və Naxçıvanlı soydaşların tələbləri dinlənilərək, problemlərin həlli yolları müzakirə edilib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə AK Parti İğdır İl Təşkilatı bölgədə yaşayan azərbaycanlı vətəndaşlarla bir araya gələrək genişmiqyaslı məsləhətləşmə toplantısı keçirib.
Toplantının açılış nitqi ilə çıxış edən Xarici Əlaqələr Sədri Erol Turak Naxçıvanlı soydaşları qəbul etməkdən böyük məmnunluq duyduqlarını bildirib: “Toplantıda diqqət çəkən digər mühüm məqam prosesin ikitərəfli şəkildə aparılacaq olması olub. Turak bildirib ki, Naxçıvanda təhsil alan və yaşayan Türkiyə vətəndaşları üçün də oxşar bir fəaliyyət planlaşdırılır. Naxçıvandakı vətəndaşların problemlərinin konsulluq vasitəsilə aidiyyəti qurumlara çatdırılacağı və iki toplum arasındakı əlaqələrin daha da gücləndiriləcəyi vurğulanıb. İğdırda yaşayan azərbaycanlı vətəndaşlar problemlərinin dinlənilməsindən və onların həlli üçün addımlar atılmasından məmnun olduqlarını bildirərək, partiya rəsmilərinə təşəkkür ediblər”.
Toplantıda iştirak edən İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal da çıxış edib.






İlk şərhi yaza bilərsiniz