BAYRAQDAR MEDİA – Atatürk Universiteti Milli Təhsil naziri professor doktor Yusuf Tekin və Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaşın iştirakı ilə keçirilən mənalı proqramlara ev sahibliyi edib. Rektor Prof. Dr. Ahmet Hacımüftüoğlunun ev sahibliyi ilə təşkil olunan tədbirlər incəsənətin birləşdirici gücü ilə sosial dövlət anlayışının sahədəki real təzahürlərini bir araya gətirib.
Bu barədə universitetdən bildirilib.
Qeyd edilib ki, Atatürk Universitetinin 15 İyul Milli İradə Salonunda keçirilən tədbirdə nazirlərlə yanaşı, Erzurum valisi Mustafa Çiftçi, millət vəkilləri Fatma Öncü və Abdurrahim Fırat, universitet rektorları, siyasi partiya nümayəndələri və çoxsaylı vətəndaş iştirak edib: “Raci Alkır Gözəl Sənətlər Liseyinin musiqi müəllimlərinin rəhbərliyi ilə hazırlanan proqramda türk bəstəkarı, pianoçu və AK Parti İstanbul millət vəkili Yücel Arzen piano müşayiəti ilə ifa etdiyi əsərlərlə gecəyə sənət dolu anlar bəxş edib. Tədbir çərçivəsində Necip Fazıl Kısakürek və Abdurrahim Karakoçun seçilmiş şeirləri musiqi ilə təqdim olunub. “Türkiyə Yüzyılı” adlı əsərin səsləndirilməsi zamanı zal türk bayraqları ilə qırmızı-ağ rənglərə bürünüb və tədbir böyük coşqu ilə yadda qalıb”.






İlk şərhi yaza bilərsiniz