Press "Enter" to skip to content

Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirib

Üçəmlər

BAYRAQDAR MEDİA – Lənkəran Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlib. Tibb müəssisəsinin nəzdində fəaliyyət göstərənLənkəran Regional Perinatal Mərkəzinə müraciət edən 1992-ci il təvəllüdlü hamilə qadın 09.02.2026-cı il tarixində tibb müəssisəsinin Doğum şöbəsinə yerləşdirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Məlumata görə, pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub: “Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.1 və 2.0 kq., boyları isə 40, 41 və 42 sm. olub. Onlardan ikisi oğlan, biri qızdır. Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir. Qeyd edək ki, 1992-ci il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.