Press "Enter" to skip to content

Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir

BAYRAQDAR MEDİA – Səhiyyə naziri Teymur Musayev ABŞ Ticarət Palatasının üzvləri ilə görüş keçirib.

Bu haqdda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı Azərbaycan ilə ABŞ arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində və tibb təhsili istiqamətində əməkdaşlıq mövzularına toxunublar. Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sahəsinə insan kapitalının gücləndirilməsi və rəqəmsallaşdırma istiqamətində görülən işlər barədə məlumat verilib. T.Musayev beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb”.

Görüşdə ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cenifer Mil Azərbaycanla əməkdaşlığa maraqlı olduğunu bildirib, səhiyyə və əczaçılıq sahələrində amerikalı şirkətlərin təcrübə və texnologiyalarının paylaşılmasının mümkünlüyünü qeyd edib.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.