BAYRAQDAR MEDİA – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) təşkilatçılığı və Prezidentin işğaldan azad edilmiş ərazilərdəki nümayəndəliklərinin dəstəyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti video-fləşmob təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitənin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “video-fləşmob azad edilmiş ərazilərdə məşğulluq imkanlarını və bərpa-quruculuq işlərində vətəndaşların fəal iştirakını nümayiş etdirmək məqsədi daşıyır. Çəkilişlər Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələrində – hazırda həyatın bərpa olunduğu kənd və şəhərlərdə aparılıb. Fləşmobda işğaldan azad edilmiş ərazilərdə müxtəlif sahələrdə çalışan vətəndaşlar iştirak ediblər. Onlar öz iş yerlərindən səsləndirdikləri qısa və təsirli sloqanlarla həm gördükləri işin mahiyyətini izah edib, həm də doğma yurduna qayıtmağa hazırlaşan soydaşlara həmrəylik mesajı ünvanlayıblar”.






İlk şərhi yaza bilərsiniz