Press "Enter" to skip to content

FHN-də qanvermə aksiyası – VİDEO

FHN-də qanvermə aksiyası

BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən könüllü qanvermə aksiyası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, ““Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin tibbi personalının iştirakı ilə FHN-in Bakı şəhəri və regionlarda yerləşən qurumlarında təşkil olunan qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə keçirilib”.

Qanvermə aksiyasında Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.