Press "Enter" to skip to content

İnanılmaz addım

Əməliyyatdan sonra

Qolu və ayağı qopan xəstələr 10 saat ərzində eyni vaxtda əməliyyat edilib

BAYRAQDAR MEDİA – Akdeniz Universitetinin xəstəxanasında inanılma zaddım atılıb. Belə ki, universitetin rektoru Prof. Dr. Özlenen Özkan və Prof. Dr. Tuncer Karpuzoğlu Orqan Nəqli və Qabaqcıl Səhiyyə Tədqiqatları İnstitutunun direktoru Prof. Dr. Ömer Özkan avtobus qəzası nəticəsində qolu və ayağı qopan xəstələri eyni vaxtda aparılan və 10 saat davam edən əməliyyatla cərrahi müdaxilədən keçiriblər. Xəstələr reanimasiyadan çıxarılaraq palatalarda müalicələrini davam etdirirlər.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, Antalyanın Döşəməaltı rayonu yaxınlığında sərnişin avtobusunun döngədə qoruyucu baryerlərə çırpılaraq aşması nəticəsində baş verən qəzada 10 nəfər həyatını itirib, 25 nəfər isə yaralanıb: “Qəza zamanı yaralanan şəxslərdən birinin qolu, digərinin isə ayağı qopub. Hadisə yerində jandarma əməkdaşları qopan qol və ayağı axtarıblar. Yaralanan iki xəstə eyni vaxtda Akdeniz Universiteti Xəstəxanasında üz, uşaqlıq və qol nəqli sahəsində Türkiyədə ilk əməliyyatlara imza atan professor doktor Ömer Özkan və professor doktor Özlenen Özkanın rəhbərlik etdiyi komanda tərəfindən əməliyyat olunub. Akdeniz Universiteti Xəstəxanasına gətirilən yaralılar arasında Yavuz Selim Yiğit, Neziha Kutlu, Firdevs Sarı, Sedef Sarı və Abdou Nazirou Gninkougui də müalicə altına alınıb”.

Məlumatda deyilir ki, Akdeniz Universitetinin rektoru Prof. Dr. Özlenen Özkan və Prof. Dr. Tuncer Karpuzoğlu Orqan Nəqli və Qabaqcıl Səhiyyə Tədqiqatları İnstitutunun direktoru Prof. Dr. Ömer Özkan tərəfindən qolu və ayağı qopan xəstələrin hər ikisinə paralel şəkildə aparılan əməliyyatlarla qopan ətraflar yenidən yerinə tikilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.