Press "Enter" to skip to content

KOBİA sahibkarlara dəstəyi davam etdirir – VİDEO

KOBİA

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi biznesə birbaşa maliyyə və kredit dəstəyi göstərməsə də, maliyyəyə çıxış üçün sahibkarlara bir sıra dəstəklər təqdim edir.

Bu barədə Agentlikdən bildirilib.

Qeyd edilib ki, Agentlik dövlətin güzəştli kreditləri və alternativ maliyyə alətləri barədə sahibkarları məlumatlandırır: “Bu istiqamətdə müraciət qaydaları və lazım olan sənədlər haqqında məsləhət xidməti göstərir, sahibkarları banklar və digər maliyyə qurumları ilə əlaqələndirir. Bank krediti üçün zəruri olan biznes planın hazırlanmasında da KOBİA sahibkarlara kömək edir. Eyni zamanda KOBİA qrant müsabiqələri çərçivəsində sahibkarların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinə 20 min manata qədər qrant dəstəyi göstərir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.