Press "Enter" to skip to content

Müvəqqəti Baş nazirin adı yaxın günlərdə açıqlanacaq

Görüş zamanı

BAYRAQDAR MEDİA – Bolqarıstanda siyasi proseslər növbədənkənar parlament seçkilərini qaçılmaz edib. Bu arada parlament qrupları ilə müvəqqəti Baş nazirin təyinatı çərçivəsində aparılan məsləhətləşmələr fonunda son olaraq “Veliçie” partiyası ilə görüşən Prezident İliyana Yotova “Müvəqqəti Baş nazirin adı yaxın günlərdə bəlli olacaq” açıqlamasını verib.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, Prezident “Hamımızın ortaq arzusu dövlətin fəaliyyətini davam etdirməsidir. Həm istefa vermiş hökumətin qalan günlərində, həm də müvəqqəti hökumət dövründə Bolqarıstan vətəndaşlarının ən təxirəsalınmaz problemlərini həll etməyə çalışmaq əsas məqsədimizdir” deyib.

“Veliçie” partiyasının lideri İvelin Mixaylov isə belə deyib:“Seçiminizə inanıram və Bolqarıstan xalqı üçün ən doğru addımı atacağınıza əminəm. Çünki bundan sonra geri dönüşü olmayan proseslər başlayacaq. İnsanlar dövlətə olan inamını itirdikdə, biz onu yenidən qazana bilmərik. Şəffaflıq və ədalətin təmin edilməsi məqsədilə sizinlə birlikdə çalışmağa hazırıq.”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.