Press "Enter" to skip to content

Polis qarlı havada gücləndirilmiş rejimdə xidmət göstərir

Polis qarlı havada gücləndirilmiş rejimdə xidmət göstərir

BAYRAQDAR MEDİA – Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür, fasiləsiz xidmət təmin edilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ölkəboyu şəhər və rayonlarda, eləcə də avtomobil yollarında xidmət gücləndirilmiş rejimdə təşkil olunub. Həyata keçirilən tədbirlər nəticəsində sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması üçün bütün zəruri tədbirlər görülür. Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlara operativ reaksiya verilir, vətəndaşlara lazımi köməkliklər göstərilir”.

Bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.