Press "Enter" to skip to content

Qazaxıstandan dillə bağlı xoş xəbər

Aparılan düzəlişlə qazax dilinin yeganə dövlət dili olduğu xüsusi olaraq vurğulanıb

Yeni Konstitusiyada rus dilinin statusu dəyişdirilir

BAYRAQDAR MEDİA – Qazaxıstan Konstitusiya Məhkəməsi sədrinin müavini Baxıt Nurmuhanov yeni konstitusiya layihəsində rus dilinin istifadəsinə dair tərifin dəyişdirildiyini açıqlayıb. Aparılan düzəlişlə rus dilinin qazax dili ilə “bərabər” səviyyədə istifadəsini nəzərdə tutan ifadə “birlikdə / yanaşı” formasında dəyişdirilərək qazax dilinin yeganə dövlət dili olduğu xüsusi olaraq vurğulanıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, layihəyə əsasən, rus dili ilə bağlı maddədə yer alan “bərabər” ifadəsi “birlikdə, yanaşı” mənasını verən “qatori” sözü ilə əvəz ediləcək: “Qazaxıstan Konstitusiya Məhkəməsi sədrinin müavini Baxit Nurmuhanov bildirib ki, yeni konstitusiyanın 9-cu maddəsində edilən dəyişikliklə rus dilinin qazax dili ilə “bərabər” statusda istifadə olunmasını nəzərdə tutan ifadə mətndən çıxarılıb. B.Nurmuhanov qeyd edib ki, bu dəyişiklik “terminoloji və məna baxımından bütövlüyün təmin edilməsi məqsədilə” həyata keçirilib”.

Xəbərdə o da qeyd edilib ki, hazırda qüvvədə olan konstitusiyanın 7-ci maddəsinə əsasən, dövlət qurumlarında və yerli idarəetmə orqanlarında rus dili qazax dili ilə “bərabər” şəkildə istifadə oluna bilir: “Konstitusiyada qazax dili yeganə dövlət dili kimi təsbit edilsə də, bu ifadənin rus dilinin faktiki olaraq ikinci dövlət dili kimi qəbul edilməsinə yol açdığı əsas gətirilərək uzun müddətdir müzakirə mövzusu olduğu bildirilirdi. Yeni tənzimləmə ilə “qazax dili ilə birlikdə (qatori)” ifadəsinə üstünlük verilərək qazax dilinin ölkənin yeganə və müstəsna dövlət dili olduğu vurğulanır. Rus dili isə qazax dili ilə yanaşı istifadə olunan, lakin onunla bərabər hüquqi statusa malik olmayan bir dil kimi müəyyən edilir. Bu çərçivədə rus dili dövlət dili deyil, “millətlərarası ünsiyyət dili” statusu ilə qəbul olunur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.