Press "Enter" to skip to content

Xəzərdən Akdenizə uzanan təhlükəsizlik səddi

Xəritə

BAYRAQDAR MEDİA – “Chevron-un 4 fevral 2026-cı ildə Şamda Suriya Neft Şirkəti və Qətər mərkəzli Power International Holding ilə anlaşma memorandumu imzalamasından cəmi 24 saat sonra İstanbulda TPAO (Türkiyə Petrolları Anonim Ortaklığı) ilə ikinci bir razılaşmaya getməsi ABŞ-ın bölgə ilə bağlı daha geniş miqyaslı yenidən mövqelənmə axtarışında olduğunu göstərir. Bu iki imza birlikdə oxunduqda aydın olur ki, ABŞ Suriyanı kənarda saxlayan deyil, onu nəzarətli şəkildə sistemə inteqrasiya edən, Türkiyəni isə həm enerji, həm də təhlükəsizlik xəttinin mərkəzinə yerləşdirən strategiyaya yönəlir. İzolyasiya və sanksiya yönümlü köhnə yanaşma yerini kommersiya asılılığı üzərindən qarşıdurmaları dondurmağı hədəfləyən daha praqmatik modelə verir”.

Bu fikirlər Kıbrıs Raporunun baş redaktoru Mert Özdeşin məqaləsində öz əksini tapıb. M.Özdeş Doğu Akdenizdə enerji layihələri üzərindən formalaşan yeni geosiyasi memarlığı diqqət mərkəzinə çəkib. Xəzərdən Akdenizə uzanan xətlərin regional təhlükəsizlik anlayışını və Kıbrıs məsələsindəki status-kvonu necə sarsıtdığını təhlil edən M.Özdeş, həll parametrlərinin getdikcə BMT qərarlarından uzaqlaşaraq enerji və təhlükəsizlik reallıqları oxunda yenidən müəyyənləşdirildiyinə diqqət yetirir.

Kifayət qədər maraqlı məqamlarla zəngin yazıda o da qeyd edilir ki, “ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrackın 2025-ci ilin noyabrında Bəhreyndə səsləndirdiyi “Türkiyə və İsrail müharibə etməyəcək. Xəzər dənizindən Akdenizədək uzanan bir əməkdaşlıq görəcəksiniz” fikirləri bu gün gəlinən mərhələdə daha aydın oxunur”.

Qeyd edək ki, dəyərli oxucular yazını bütövlükdə bu linkdən oxuya bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.