Press "Enter" to skip to content

Hərbi təhsil müəssisələrinin nümayəndələrinin şagirdlərlə görüşləri

Hərbi təhsil müəssisələrinin nümayəndələrinin şagirdlərlə görüşləri

BAYRAQDAR MEDİA – “Zəfər varisləri” layihəsi çərçivəsində Hərbi Prokurorluğun təşkilatçılığı ilə internat məktəblərinin şagirdlərinin xüsusi təyinatlı təhsil müəssisələrinə hazırlanmasına dair tədbirlərin icrasına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “layihə çərçivəsində Nazirliyin Milli Müdafiə Universitetinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin və Dövlət İmtahan Mərkəzinin nümayəndələrinin iştirakı ilə 1 və 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşlər keçirilib. Görüşlərdə hərbi təhsil müəssisələri barədə geniş məlumat verilib və qəbulla bağlı videoçarxlar nümayiş etdirilib. Həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsilini davam etdirmək istəyən şagirdlərin sənədlərinin qəbulu və qeydiyyatı aparılıb, imtahanlara hazırlıq üçün zəruri tədris vəsaitləri ilə təminatına köməklik göstərilib”.

Şagirdlərə bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı hərbi təhsil müəssisələrində təhsil aldıqları müddətdə də davam edəcək, məzun olduqdan sonra isə onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Silahlı Qüvvələrdə qürurla xidmət edəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.