Press "Enter" to skip to content

Helsinkidə Dünya Türk Dili Ailəsi Günü qeyd olunub

Tədbridən foto

BAYRAQDAR MEDİA – UNESCO tərəfindən15 dekabr tarixininDünya Türk Dili Ailəsi Günüelan olunması münasibətilə Finlandiyanın paytaxtı Helsinkidə tədbir keçirilib. Tədbir türk dillərinin tarixi köklərinin, ümumbəşəri dəyərinin və mədəni zənginliyinin beynəlxalq səviyyədə tanıdılmasına həsr olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar, Qazaxıstanın Finlandiyadakı səfiri Azamat Abdraimov,Özbəkistanın Finlandiyada akkreditə olunan səfiri Timur Raxmanov, Finlandiya Parlamentinin üzvləri Ville Skinnari və Kimmo Kiljunen, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova, Finlandiya İslam Cəmiyyətinin sədri Gölten Bedretdin, Helsinki Universitetinin Dillər Departamentinin baş müəllimi Yekaterina Qruzdeva, Helsinki Universitetinin Dillər Departamentinin müəllimi Hasan Mesut Meral tədbirdə çıxış ediblər.

Çıxışlarda mədəni müxtəlifliyin və beynəlxalq dialoqun əhəmiyyəti vurğulanıb. Türk dillərinin qorunmasının və gələcək nəsillərə ötürülməsininvacibliyi diqqətə çatdırılıb. Bunun həm mədəni irsin yaşadılması, həm də xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik vəəməkdaşlığın möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığı qeyd olunub.

Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova UNESCO-nun dekabrın 15-niDünya Türk Dili Ailəsi Günü elan etməsini türk xalqlarına göstərilən xüsusi diqqətin nəticəsiadlandırıb. Bu təşəbbüsün türk dillərinin yaşadılması və inkişafıyönündəki işləri daha da sürətləndirəcəyinə inamını ifadə edib.

Tədbirin bədii hissəsi rəngarəng musiqi nömrələri ilə yaddaqalan olub.Helsinki Opera və Balet Teatrının azərbaycanlı pianoçusu Leyli Hüseynovanın böyük ustalıqla səsləndirdiyi türkdilli xalqların musiqi inciləri tədbirə xüsusi ovqat bəxş edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.