Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri ilə görüş keçirilib
BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə vurğulanıb ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Yüksəksəviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafında önəmli rol oynayır.
Görüş zamanı Azərbaycanın əlverişli biznes və investisiya mühiti, ölkədə reallaşdırılan layihələr barədə məlumat verilib. Qeyd edilib ki, ölkələrimiz arasında enerji, sənaye, rəqəmsal həllər, kənd təsərrüfatı, qida təhlükəsizliyi, bankçılıq və digər sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsi üçün geniş potensial mövcuddur.
Tərəflər birgə layihələrin perspektivləri, nəqliyyat, infrastruktur, yaşıl enerji, rəqəmsallaşma, ticarət və biznes sahəsində əməkdaşlığın təşviqi, qarşılıqlı investisiyaların artırılması üzrə fikir mübadiləsi aparıblar.






İlk şərhi yaza bilərsiniz