BAYRAQDAR MEDİA – Samsun Universiteti ilə Akbank arasında əməkdaşların əməkhaqları və digər ödənişlərin Akbank vasitəsilə həyata keçirilməsini nəzərdə tutan protokol imzalanıb. Protokol universitetin rektoru Prof. Dr. Mahmut Aydın və Akbank-ın Şərqi Qara dəniz Regional direktoru Serkan Kahraman tərəfindən imzalanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, imzalanma mərasimində universitetin rektor müavini Prof. Dr. Ali Bilgin və Strateji İnkişaf İdarəsinin rəhbəri Samet Kop, Akbank-ın Müştəri Təcrübəsi və Xidmət Dizaynı şöbəsinin rəhbəri Burak Alıcı, eləcə də 19 May Universiteti filialının müdiri Gamze Çamlıca Aktaş iştirak edib.
Protokola əsasən, universitet əməkdaşlarının maaş və digər ödənişləri 36 ay müddətində Akbank vasitəsilə həyata keçiriləcək və hər bir əməkdaşa birdəfəlik 93.500 TL məbləğində promosyon ödənişi ediləcək.






İlk şərhi yaza bilərsiniz