Press "Enter" to skip to content

DDLA əməkdaşları beynəlxalq təlimdə

DDLA əməkdaşları beynəlxalq təlimdə

BAYRAQDAR MEDİA – Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) əməkdaşları Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) təşkil etdiyi “Dəniz auditorları üçün ümumi əsas tədris proqramı kursu” adlı beynəlxalq təlim proqramında iştirak ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DDLA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “beş gün davam edən təlim proqramı dəniz nəqliyyatı sahəsində audit fəaliyyəti üzrə vahid metodoloji yanaşmanın formalaşdırılması məqsədi daşıyıb. Beynəlxalq təlim çərçivəsində audit prinsipləri üzrə ISO standartının tətbiqi, təsnifat cəmiyyətlərinin audit mexanizmləri, həmçinin Gəmi və Liman Vasitələrinin Mühafizəsi, Əmniyyətli İdarəetmə haqqında beynəlxalq məcəllələrin tələblərinə uyğun olaraq həyata keçirilən auditlər barədə fikir mübadiləsi aparılıb. Sonda Agentliyin nümayəndələri proqramı uğurla başa vuraraq sertifikatlarla təltif olunublar”.

Qeyd edək ki, təlimdə Agentliyin Təsnifat Cəmiyyətləri ilə iş şöbəsinin müdiri İbrahim Salmanov, Gəmi qeydiyyatı və sənədləri şöbəsinin müdiri Cavidan Qasımlı və Limanlar və dəniz əməliyyatları bazaları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Pərviz Abbasov iştirak edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.