BAYRAQDAR MEDİA – Kıbrıs Türk Girişimci Qadınlar Dərnəyi (GİKAD) ilə Arkın Yaradıcı Sənətlər və Dizayn Universiteti (ARUCAD) arasında əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya universitetdən məlumat verilib.
Məlumata görə, protokol çərçivəsində Kıbrısın təbii və mədəni irsinin qorunmasına yönəlmiş birgə layihələr hazırlanacaq: “Gənclərin və qadınların fəal rol alacağı təhsil, tədqiqat və maarifləndirmə istiqamətli təşəbbüslər həyata keçiriləcək. Bununla yanaşı, incəsənət, dizayn, mədəniyyət və sahibkarlıq əsaslı tədbirlərin təşkili, eləcə də milli və beynəlxalq səviyyədə tanıtım fəaliyyətlərinin aparılması planlaşdırılır”.
Məlumatda deyilir ki, əməkdaşlıq nəticəsində mədəni kimliyi gücləndirən və dayanıqlı inkişafa töhfə verən layihələrin reallaşdırılması hədəflənir.






İlk şərhi yaza bilərsiniz