Press "Enter" to skip to content

Iğdırda yabanı təbiətə yem dəstəyi

Genişmiqyaslı yemləmə aksiyası həyata keçirilib

BAYRAQDAR MEDİA – Iğdırda təsirli olan güclü qar yağışı və şaxtalı hava şəraiti yabanı təbiətə mənfi təsir göstərməyə davam edir. Təbiəti Mühafizə və Milli Parklar (DKMP) Iğdır Şöbə Müdirliyi ilə Yaşıl Iğdır Ovçular Dərnəyi Ağrı dağı Milli Parkının sərhədləri daxilində genişmiqyaslı yemləmə aksiyası həyata keçirib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, qar qalınlığının bəzi ərazilərdə yarım metri keçdiyi bölgələrdə aparılan bu iş yabanı heyvanların qış şəraitində sağ qalmasını hədəfləyir: “DKMP Iğdır Şöbə Müdirliyinin əməkdaşları və Yaşıl Iğdır Ovçular Dərnəyinin üzvləri səhərin erkən saatlarında nəqliyyat vasitələri ilə, qarın dərin olduğu yerlərdə isə piyada şəkildə Milli Park ərazisinə daxil olublar. Müəyyən edilən nöqtələrə diqqətlə yerləşdirilən yemlər xüsusilə kəklik, dovşan və digər yabanı növlərin ac qalmasının qarşısını almağı hədəfləyir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.