Press "Enter" to skip to content

MSN və BDU arasında əməkdaşlığın müzakirəsi

MSN və BDU arasında əməkdaşlığın müzakirəsi

BAYRAQDAR MEDİA – Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə müdafiə sənayesi sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi və innovativ təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, universitet-sənaye-dövlət əməkdaşlığı əsasında 2026-cı ildə icrası nəzərdə tutulan yeni layihələr müzakirə edilib. Bununla yanaşı, 2025-ci ildə uğurla həyata keçirilən “DefAge Bootcamp” layihəsinin nəticələri təqdim olunub. Qeyd edilib ki, müasir texnoloji çağırışlar fonunda ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq Azərbaycanın müdafiə sənayesinin inkişafında mühüm rol oynayır. Müzakirələr zamanı ali təhsil müəssisəsinin fəaliyyəti, tədris və tədqiqat imkanları, müdafiə sənayesi istiqaməti üzrə həyata keçirə biləcəkləri işlər barədə geniş məlumat verilib”.

Daha sonra xəbərdə, “tərəflər əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, tələbə və gənc tədqiqatçıların müdafiə sənayesi istiqamətində fəaliyyətə cəlb olunması, eləcə də tələbələrin istehsalat təcrübələrinin təşkili məsələlərini nəzərdən keçiriblər. Səmimi və işgüzar şəraitdə keçən görüşdə MSN tərəfindən icrası davam edən universitet-sənaye-dövlət əməkdaşlığı layihələrinə BDU-nun da qoşulması, gələcək fəaliyyət istiqamətləri üzrə əlaqələrin davam etdirilməsi, həmçinin belə görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.