Press "Enter" to skip to content

Rumıniyada təqaüdlü təhsil

Rumıniyada təqaüdlü təhsil

BAYRAQDAR MEDİA – Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sözügedən proqram Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycanın Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə əsasında həyata keçirilir. Proqram çərçivəsində hər iki ölkənin vətəndaşları tələbə mübadiləsi prinsipi əsasında qarşı tərəfin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edirlər”.

Təqaüd proqramına müraciət üçün son tarix martın 16-dır.

Proqram barədə ətraflı məlumatla linkdəki müvafiq elan vasitəsilə tanış olmaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.