BAYAQDAR MEDİA – Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən, sutkanın qaranlıq vaxtı xarici işıq cihazlarını yandırmayan sürücülər saxlanılıb və onlara qanunvericiliyin tələbi izah olunub”.
İdarə bir daha hərəkət iştirakçılarının diqqətinə çatdırıb ki, fərdi məsuliyyət və qaydalara əməl etmək təhlükəsiz yolun ilk şərtidir.






İlk şərhi yaza bilərsiniz