QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib
BAYRAQDAR MEDİA – Fevralın 12-də Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri üçün şəhərsalma, dayanıqlılıq prinsipləri və Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunnmuş məlumatlandırma sessiyası təşkil olunub.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən sessiyada 100-ə yaxın QHT nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində iştirakçılara WUF13-ün proqramı və yenilikləri barədə təqdimat keçirilib.

Sessiya zamanı şəhərsalma və dayanıqlılıq sahəsində qlobal çağırışlar, şəhərlərin karbon izinə təsir edən amillər və qabaqcıl beynəlxalq təcrübələr müzakirə olunub.






İlk şərhi yaza bilərsiniz