Press "Enter" to skip to content

Beynəlxalq Qalereyada anlamlı tədbir – VİDEO

Tədbridən xatirə fotosu

Bu dəfə həm rəsmdən, həm də kitabdan bəhs edilib

BAYRAQDAR MEDİA – Fevralın 14-də Beynəlxalq Qalereyada beynəlxalq onlayn platformada sərgi təşkil olunub. Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş sərgidə yerli və xarici rəssamlar iştirak ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Beynəlxalq Qalereyadan məlumat verilib.

Məlumatda deyilir ki, sərginin açılış mərasimində Elm və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin baş rəssam Fərrux Qasımov, həmin mərkəzin müəllimi Elanura Mənsimova, “Sən bir Dünyasan” ART Mərkəzinin rəhbəri Nərgiz Verdiyeva, vitraj və keramika ustaları Aygün Kamilqızı, Kifayət Nəzərova, Məhəmmədi kənd orta məktəbinin müəllimi rəssam Naidə Rizvani və digərləri iştirak ediblər.

Sərgini giriş sözü ilə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova açaraq qonaqları salamlayıb. O, bu dəfə təşkil edilən sərginin anlamlı bir günə təsadüf etdiyini deyib. 14 fevralın dünyada kitab bağışlanma günü kimi qeyd edildiyini xatırladan E.Esgəndərova kitabların insan həyatından rolundan və günün əhəmiyyətindən bəhs edib.

Mərasimdə fəxri qonaq olaraq iştirak edən Əməkdar jurnalist, bayraqdar.info saytının redaktoru Nadir Azəri öncə iştirakçıları təbrik edib və uğurlar arzulayıb. O, bildirib ki, oxumay bəşər övladı üçün vacibdir. Rəssamlar dad aha çox oxumalı, mütaliə etməlidirlər ki, bu, onların yaradıcılığına müsbət təsir etsin.
Sonda diplomlar təqdim olunub, xatirə fotoları çəkilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.