Press "Enter" to skip to content

Ürək qüsuru olan azyaşlıya uğurlu cərrahi müdaxilə

Ürək qüsuru olan azyaşlıya uğurlu cərrahi müdaxilə

BAYRAQDAR MEDİA – Fevralın 6-da 2015-ci il təvəllüdlü azyaşlı, onurğada proqressiv əyrilik, təngnəfəslik və tez yorulma şikayətləri ilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müayinə zamanı azyaşlının yanaşı olaraq anadangəlmə ürək qüsurunun olduğu da müəyyən edilib. Aparılan radioloji müayinələr nəticəsində azyaşlıya kongenital skolioz (onurğa fəqərələrinin ana bətnində inkişafı zamanı yaranan struktur anomaliyaları nəticəsində onurğa sütununun yana doğru patoloji əyilməsi) diaqnozu qoyulub. Müayinə zamanı Cobb bucağının 65 dərəcə olduğu müəyyən edildiyindən, deformasiyanın dərəcəsi nəzərə alınaraq cərrahi əməliyyat qərarı verilib. Əməliyyat KTM-in Neyrocərrahiyyə şöbəsinin uzman neyrocərrahları Azad Məlikov, Orxan Hacıyev, və anestezioloq Ülviyyə Əhmədbəylinin iştirakı ilə icra olunub”.

Uğurlu cərrahi müdaxilə və 1 həftəlik stasionar müalicələrdən sonra xəstə vəziyyəti yaxşılaşmış halda ambulator müalicə üçün evə buraxılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.