Press "Enter" to skip to content

Ağacların nömrələnməsi və inventarlaşdırılması işləri

Ağacların nömrələnməsi və inventarlaşdırılması işləri

BAYRAQDAR MEDİA – Yaşıllıqların mühafizəsinin təmin edilməsi, onlara müdaxilə hallarının qarşısının alınması, yaşıllıqların elektron reyestrinin formalaşdırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi işləri davam etdirilir, o cümlədən pilot layihə çərçivəsində bir müddət əvvəl ağaclara vurulmuş identifikasiya lövhələri ölkə üzrə vahid standartlara uyğun yeni inventar lövhələr ilə əvəz olunur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ölkə üzrə vahid nömrələnmə və inventarlaşdırma standartına keçid məqsədilə şəhər ərazisindəki ağaclara yeni standartlara uyğun inventar lövhələr vurulur. Qeyd edək ki, identifikasiya lövhəsi vurulmuş ağaclara dair bütün məlumatlar Rəqəmsal Ekologiya İnformasiya Sisteminin “Yaşıllıqların reyestri” alt sisteminə inteqrasiya edilir və www.agac.az saytında yerləşdirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.