Press "Enter" to skip to content

Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – İngiltərənin paytaxtı Londonda yerləşən Britaniya Milli Kitabxanasında “21 Fevral – Beynəlxalq Ana Dili Günü”nə həsr olunan tədbir keçirilib. Tədbir Britaniya Azərbaycanlıları Cəmiyyəti və cəmiyyətin nəzdində fəaliyyət göstərən Qarabağ Məktəbinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşıb.

Bu barədə Komitədən məlumat verilib.

Məlumata görə, açılış nitqi ilə çıxış edən məktəbin rəhbəri Fəridə Pənahova tədbirin əsas məqsədinin Azərbaycan dilinin, milli kimliyin və mədəni irsin qorunması və təbliğinə töhfə vermək olduğunu bildirib: “O həmçinin tədbirin təşkilinə və Qarabağ məktəbinin fəaliyyətinə göstərilən dəstəyə görə komitəyə təşəkkür edib. Qarabağ Məktəbinin Azərbaycan dili müəllimi və “Bülbül” ana dili kitabının müəllifi Emiliya Cəbrayılovaçıxışında ana dilinin uşaqların intellektual inkişafında, milli kimliyinin formalaşmasında və tarixi kökləri ilə bağlılığının möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb”.

Məlumatda deyilir ki, valideynlər-Ləman Ağası, İlahə Ocal, Ceyran Şirinova və Ülviyyə Tağızadə övladlarına ana dilinin öyrədilməsinin və ailə daxilində milli-mədəni dəyərlərin qorunmasının vacibliyini qeyd ediblər: “Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi Eltay Aslanov da iştirak edib. O bu cür təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını söyləyib, ana dilinin milli kimliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb. Tədbir çərçivəsində uşaqlara “Azərbaycan” sözünü eşitdikdə nəyi xatırladıqları barədə sual ünvanlanıb. Uşaqlar bu suala qürurla Azərbaycan bayrağı cavabını veriblər. Daha sonra şagirdlər Dövlət bayrağımızın rəsmini çəkiblər, “Bülbül” kitabının “Özün rənglə” bölməsində milli ornamentlərimizin şəkli olan səhifələri rəngləyiblər. Onlar, həmçinin Azərbaycan dilində şeirlər və mahnılar səsləndirib, “Tərəkəmə” rəqsini ifa edib, “Tıqtıq xanım” animasiya filmini izləyiblər.Sonda komitə adından “Bülbül” kitabının 20 nüsxəsi uşaqlara hədiyyə edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.