Son yeniləmə: 16 Fevral 2026
BAYRAQDAR MEDİA – Ege Universitetində tələbə layihələrinə dəstək davam edir.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, TÜBİTAK-ın tələbə tədqiqat layihələri üzrə lider mövqedə olan Ege Üniversitesi-ndə tələbə layihələrini dəstəkləmək və ideyaları konkret nəticələrə çevirmək məqsədilə “EBİLTEM – AROM Layihə Evi – Layihə və Dizayn Emalatxanası” istifadəyə verilib: “Açılış mərasimində universitetin rektoru Prof. Dr. Musa Alcı, rektor müavini Prof. Dr. Aydoğan Savran, EBİLTEM TTO-nun müdiri Prof. Dr. Bahri Başaran, akademik heyət və tələbələr iştirak ediblər.
Emalatxananın açılışında çıxış edən rektor Musa Alcı bildirib ki, “Milli Texnologiya Hərəkatı” və YÖK 2030 vizyonu çərçivəsində elmi-tədqiqat və innovasiya infrastrukturunun, eləcə də elm istehsalı ekosisteminin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, universitetin elm, texnologiya, innovasiya və sahibkarlıq sahələrində təsir gücünü daha da artırmaq, gənc tədqiqatçıları gələcəyə hazırlamaq üçün maddi-texniki baza möhkəmləndirilir. Bu məqsədlə tələbələrin istehsal mədəniyyəti ilə tanış olması və ideyalarını layihəyə çevirməsi üçün “EBİLTEM – AROM Layihə Evi – Layihə və Dizayn Emalatxanası” istifadəyə verilib”.
Çıxışdan sonra rektor tələbələrlə görüşərək həyata keçirilən layihələr barədə məlumat alıb.






İlk şərhi yaza bilərsiniz