BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Ağdam Sosial Xidmət Mərkəzində tələbələrin iştirakı ilə maarifləndirici görüş təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş Azərbaycan Universitetinin “Sossfera” Sosial İnkişaf Klubunun “Xankəndi sosial iş qış məktəbi” layihəsi çərçivəsində keçirilib. Tədbir zamanı sosial iş ixtisası üzrə təhsil alan tələbələr Mərkəzin fəaliyyət istiqamətləri, göstərilən sosial xidmətlər, eləcə də həssas əhali qruplarından olan şəxslərlə aparılan iş mexanizmi ilə tanış olublar. Mütəxəssislər tələbələrlə fikir mübadiləsi aparıb və onları maraqlandıran sualları cavablandırıblar”.
Tədbir tələbələrin sosial iş sahəsində bilik və təcrübələrinin artırılmasına dəstək və müvafiq sahədə peşəkar kadr hazırlığını gücləndirmək məqsədi daşıyıb.






İlk şərhi yaza bilərsiniz