Son yeniləmə: 17 Fevral 2026
BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın iqtisadi prioritetləri və bu istiqamətdə həyata keçirilən islahatlar barədə məlumat verilib: “Ölkənin makroiqtisadi sabitliyi, sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq enerji, rəqəmsallaşma, vergi, sənaye və digər istiqamətlərdə həyata keçirilən tədbirlər, qabaqcıl təcrübələrin tətbiqi nəticəsində əldə olunmuş irəliləyişlər qeyd olunub”.
Tərəflər əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.






İlk şərhi yaza bilərsiniz