Press "Enter" to skip to content

Iğdırda Xocalı şəhidləri anılıb

Tədbirdən öncə

BAYRAQDAR MEDİA – Iğdır Üniversitesinin Karaağaç kampusunda Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım mərasimi keçirilib. Tədbir Iğdır Azerbaycan Evi Derneği ilə birgə təşkil olunub.

Bu barədə igdirhaber.net saytı məlumat verib.

Məlumatda deyilir ki, proqram Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb: “Çıxış edən Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası sədr müavini Serdar Ünsal Xocalıda mülki əhaliyə qarşı soyqırımı törədildiyini bildirib, “Xocalını unutmadıq, unutmayacağıq” deyib və Xocalıya ədalət tələb edib. O, bu gün Xocalıda Azərbaycan bayrağının dalğalanmasının qürurverici olduğunu qeyd edib”.

Məlumatda qeyd edilib ki, universitetin müəllimi Sözer Akyıldırım da Xocalı faciəsinin bölgə üçün ağır nəticələr doğurduğunu vurğulayıb, Qarabağda torpaqların Azərbaycanın nəzarətinə qaytarıldığını bildirib və şəhidləri anıb.

Sonda “Xocalı soyqırımı” mövzusunda keçirilən liseylərarası şeir, inşa, rəsm və hekayə müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. Serdar Ünsal tədbirə dəstək verən qurumlara, o cümlədən Azerbaycan Diaspora Bakanlığı və Azerbaycan Kars Başkonsolosluğuna təşəkkür edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.