Press "Enter" to skip to content

İnşaat Kollecinə yeni direktor təyin olunub

İnşaat Kollecinə yeni direktor təyin olunub

BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) müvafiq əmri ilə Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsinə təyin olunub və kollektivə təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Ş.Abbasova Universitetdə memarlıq sahəsi üzrə bakalavriat, magistratura və doktorantura təhsili alıb, “Memarlıq” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir. O, müxtəlif illərdə AzMİU-da müəllim, assistent, dosent, həmçinin Türkiyənin Mehmet Akif Ersoy Universitetində dosent olaraq fəaliyyət göstərib”.

Qeyd edək ki, Ş.Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.