Press "Enter" to skip to content

İqtisadi tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr 

Tədbirdən foto

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb: “Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, həmçinin bərpaolunan enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, logistika, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. Ölkələr arasında ticarəti daha da asanlaşdırmaq və liberallaşdırmaq, həmçinin qeyri-neft-qaz sektoru üzrə dövriyyəni artırmaq məqsədi ilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin iqtisadi əlaqələrin inkişafında önəmi nəzərə çatdırılıb”.

Məlumatda deyilir ki, Azərbaycanda yaradılan əlverişli investisiya mühiti vurğulanıb, iki ölkənin iştirakı ilə yaradılmış Birgə İnvestisiya Fondununqarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsində və maliyyələşdirilməsində rolu diqqətə çatdırılıb: “Həmçinin “Masdar” şirkətinin Azərbaycanın bərpaolunan enerji sektoruna sərmayələrinin əhəmiyyətinə toxunulub. Görüşdə dayanıqlı iqtisadi artıma xidmət edən birgə layihələr, səmərəli biznes həllərinin tətbiqi, karbon emissiyalarının azaldılması barədə müzakirələr aparılıb, Azərbaycan-BƏƏ şirkətləri arasında B2B görüşlərin işgüzar əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiya imkanlarının artmasına töhfə verdiyi qeyd olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.