BAYRAQDAR MEDİA – İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində sakinlərin təhlükəsizliyinin təmin edilməsi və mina təhdidlərinə qarşı mübarizə məqsədilə maarifləndirmə tədbirləri genişləndirilir. Bu silsilədən növbəti görüş Laçın rayonunun yenidən salınmış Zabux kəndində məktəbli uşaqlar üçün təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbir Dövlət Komitəsi və Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı, eləcə də Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub. Tədbir zamanı ANAMA-nın mütəxəssisi tərəfindən şagirdlərə mina və partlamamış hərbi sursatların təhlükəsi, şübhəli əşyaların tanınma nişanələri barədə ətraflı məlumat verilib, təhlükəli ərazilərdə davranış qaydaları izah edilib, maarifləndirici brüoşurlar təqdim olunub”.






İlk şərhi yaza bilərsiniz